Futbol komandalarımız pley-offa vəsiqə qazanıblar

 

futbol zirve

AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə birinciliklərdə təsnifat mərhələsi başa çatmaq üzrədir. Bu həftəsonu “Zirvə”nin əksər komandaları bu mərhələdəki son matçlarına çıxıblar. Sevindiricidir ki, yeniyetmələrimiz qələbələrini sıralayıblar. Əvvəlcə nəticələrlə tanış olaq.

U-10 Liqası

Astara – “Zirvə” (Lənkəran) 1:1

U-11 Liqası – Cənub

Astara – “Zirvə” (Lənkəran) 6:0

U-11 Liqası – Şimal

“Zirvə” (Abşeron) – Təhsil 0:5

U-12 Liqası

“Zirvə” (Lənkəran) – Separadi Bələdiyəsi 4:0

U-13 Liqası

“Zirvə” (Lənkəran) – Astara 1:0

Beləliklə, Cənub regionunda AFFA-nın bayrağı altında keçirilən turnirlərdə 4 komanda ilə iştirak edən “Zirvə” BİK-nun bölmələrindən üçü artiq pley-off mərhələsinə vəsiqə qazanbı. U-11 komandamız isə son turda bu işin öhdəsindən gələ bilər.

Bu uğurda əməyi olan hər kəsə təşəkkür edir, pley-off mərhələsində uğurlar arzulayırıq!

Təbriklər!

SHARE
Şərh yaz