AFFA bayrağı altında futbol üzrə aşağı yaş qruplarında keçirilən yarışlar davam edir. “Zirvə” Futbol Klubları cənub və şimal regionlarında meydana çıxıblar.
Cənub regionunda komandalarımız bu həftə iki oyun keçiriblər. Bütün rqiblərini böyük hesabla üstələyən təmsilçilərimiz gözəl oyun nümayiş etdiriblər.
U-13 liqası
Zirvə (Lənkəran) – Astara 2:1
Təhsil (Lənkəran) – Zirvə (Lənkəran) 0:7
U-10 Lıqası
“Zirvə” (Lənkəran) – Xəzər-92 8:2
Təhsil (Lənkəran) – “Zirvə” (Lənkəran) 0:6
Şimal regionunda çıxış edən “Zirvə” (Xırdalan) komandası da uğurlu çıxışını davam etdirir. 5 turdan sonra liderlər qrupunda yer alan yeniyetmələrimiz gənc mütəxəssis Arzu Nəsibovun rəhbərliyi altında yetərincə böyük inkişafa nail olub və zirvəyə doğru addımlamaqdadırlar. Son turda Sumqayıtın UGİM-2 komandası ilə 0:0 hesablı bərabərliyə imza atan “Zirvə”, hazırda öz divizionunda 2-ci yerdədir və liderdən cəmi 1 xal geriyə qalır.