AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları arasında Cənub regional futbol yarışlarında “Zirvə”nin komandaları da iştirak edirlər. Həmişə olduğu kimi uğurlu çıxışları ilə yadda qalan oyunçularımız təqdir ediləcək nəticələr qazanırlar. Belə ki, yarışlarda iştirak edən bütün dörd – U-10, U-11, U-13 və U-14 komandamız apreldə keçiriləcək final mərhələsində çempionluq uğrunda mübariz aparacaq. Bu, çox gözəl göstəricidir.
Seçmə mərhələdəki çıxışları ilə ümid verən futbolçularımızın uğuruna inamımız böyükdür. Komandalarımızın mübarizliyi və əzmkarlığını xüsüsilə qeyd etmək lazımdır. Məşqçi və rəhbər heyətinin gördükləri iş göz qabağındadır. Qarşıdakı yarışlarda “Zirvə”nin adını layiqincə təmsil edəcəyinə inanır, qələbələr arzulayırıq.