Futbol komandamız Cənub regionunda pley-offu adlamağa yaxındır

AFFA bayrağı altında keçirilən futbol üzrə aşağı yaş qrupları üzrə regional yarışlarda pley-off mərhələsi davam edir. Burada bizim təmsilçimiz də uğurla iştirak edir. Lənkəran “Zirvə”si U-13 qrupunda Cənub regionu üzrə pley-offda ilk oyununu keçirib. Rəqib Biləsuvarın UGİM komandası olub. Sevindiricidir ki, təmsilçimiz böyükhesablı qələbə qazanıb.

“Zirvə” futbolçuları öz rəqibini 4:0 hesabı ilə yenib. Bu həftəsonu cavab görüşü keçiriləcək. İki oyunun nəticəsinə görə qalib müəyyən ediləcək. Turu adlamağa yaxın olan komandamızın növbəti mərhələdəki rəqibi püşkatma nəticəsində məlum olacaq.

SHARE
Şərh yaz