Futbol komandamız pley-off mərhələsinə vəsiqə qazanıb

AFFA bayrağı altında futbol üzrə aşağı yaş qruplarında keçirilən yarışlarda “Zirvə” Futbol Klubları cənub regionunda çıxışlarını davam etdirirlər. Ötən həftə komandalarımız növbəti oyunları keçiriblər. Təmsilçilərimiz liderlər qrupundakı yerlərini qoruya biliblər.
Nəticələr aşağıdakı kimidir:
U-13 “Lənkəran-Zirvə” komandamız qrupun lideri ilə oyunda öndə olsa da, 1:2 hesabı ilə məglub olub.
U-10 “Lənkəran-Zirvə” komandamız Masallının UGİŞM-nə 3:1 hesabı ilə qalib gələrək qrupda liderliyini qorumaqla yanaşı, pley-off mərhələsinə də vəsiqəni təmin etmiş olub.

SHARE
Şərh yaz