Futbolçularımız İrandakı beynəlxalq turnirdə iştirak ediblər

13680584_1078483845575727_1260101579920337041_nİran İslam Respublikasının Ərdəbil şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında beynəlxalq futbol turniri keçirilib. Yarışda Azərbaycanı “Zirvə” BİK-in komandası təmsil edib. Məşhur azərbaycanəsilli sabiq futbolçu Əli Daeinin adını daşıyan stadionda keçirilən turnirdə əsasən İranın vilayətlərini təmsil edən kollektivlər mübarizə aparıb. Komandalar hərəsində 5 klub olmaqla qruplara bölünüblər. Bizim qrupumuzda “Murtuza” FK, “İran-cavan” FK , “Zobahan” FK və yerli “Ərdəbil” FK olub. Komandamız ilk ik komandaya qalib gəlsə də, son ikisi ilə oyunlarda meydançanı məğlub tərk edib. Növbəti mərhələyə vəsiqə qazanmasaq da, uşaqlarımız nümayiş etdirdikləri futbolla tamaşaçıların rəğbətini qazanıb.
Bu arada, bu il Azərbaycan çempionatının Cənub Regionu üzrə keçirilən yarışlara qoşulacaq digər yaş qruplarında olan komandalarımız da artiq təlim-məşq toplanışına başlayıblar.

13620700_1078484192242359_2999911122892327696_n13626524_1078484088909036_3311266597224174530_n13631649_1078483882242390_3789136532944975597_n13775538_1078484058909039_7445461295174945079_n

SHARE
Şərh yaz