AFFA bayrağı altında futbol üzrə aşağı yaş qruplarında keçirilən yarışlarda “Zirvə” Futbol Klubları cənub və şimal regionlarında çıxışlarını davam etdirirlər. Ötən həftə komandalarımız növbəti oyunları keçiriblər. Təmsilçilərimiz rəqiblərini üstələyib, liderlər qrupundakı yerlərini qoruya biliblər.
Nəticələr aşağıdakı kimidir:
Cənub regionu
U-10 Lıqası
“Zirvə” – Xəzər-92 8:2
“Təhsil” (Lənkəran) – “Zirvə” (Lənkəran) 0:6
“Zirvə” – Xəzər-92 5-0
U-13 Liqası
“Zirvə” (Lənkəran) – “Astara” 2:1
“Təhsil” – “Zirvə” 0:7
Astara UGİM – “Zirvə” 0:1
Şimal regionu
U-13 Liqası
“Zirvə” – “Sumqayıt Siti” 2:0