Futbolçularımız növbəti turda meydan çıxdılar

futbol zirveAFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları arasında Cənub regionu üzrə futbol yarışları davam edir. Bu həftəsonu 6-cı turun qarşılaşmaları keçirilib. “Lənkəran-Zirvə” futbolçuları da meydana çıxaraq yenə də bizləri uğurlu və gözəl oyunlarla sevindiriblər.
U-10 komandamız bu tur istirahət edib.
U-11 qrupunda “Lənkəran-Zirvə” komandası UGİM-lə qarşılaşıb və 3:3 hesablı bərabərliyə razılaşıb.
U-13 komandamız “Separadi Bələdiyyəsi” ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib.
U-14 komandamız “Lənkəran-Zirvə” Masallının “Ərkivan” komandasi ilə üz-üzə gəlib və 3:1 hesabı ilə qələbə qazanıb.
Komandalarımıza uğurlu çıxışlarına görə təşəkkür edir, davamlı qələbələr arzulayırıq.
Ənənəvi olaraq bu dəfə də hər yaş qrupu üzrə ən yaxşıları seçirik.

U-11 komandasının ən yaxşısı: Mehti Cavadov

U-13 komandasının ən yaxşısı: Şaban Hüseynzadə

U-14 komandasının ən yaxşısı: Rəvan Rzazadə

SHARE
Şərh yaz