Futbolçularımız pley-offda mərhələ adladı

AFFA bayrağı altında keçirilən aşağı yaş qrupları arasında futbol yarışlarında pley-off mərhələsi davam edir. Cənub zonasında mübarizə aparan “Zirvə” komandamızın Cəlilabadın “Məhsul”u ilə qarşılaşdığı və ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi barədə məlumat vermişdik.
Bugünlərdə cavab qarşılaşması baş tutub. Lənkəranın “Zirvə”si öz meydanındakı oyunda 1:1 hesabı ilə bərabərə qalıb. Amma bu nəticə ilə komandamız növbəti mərhələyə vəsiqə qazanıb.
Futbolçularımızı bu gözəl uğur münasibətilə təbrik edir, qarşıdakı oyunlarda da klubumuzu belə layiqincə təmsil etməyi arzulayırıq!

SHARE
Şərh yaz