9 oktyabr – 7 noyabr tarixləri arasında “Təhsil” Futbol Məktəbinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsindəki zəfərimizə həsr olunmuş futbol üzrə “Zəfər Kuboku” keçirilib. “Təhsil” Futbol Məktəbinin stadionunda keçirilən yarışda “Zirvə” futbolçuları da iştirak ediblər. Onlar baş məşqçi Sabir Cəlillinin rəhbərliyi altında uğurla çıxış edərək gümüş medallara sahib çıxıblar.
Komandamız qrup mərhələsində “Bakı” ilə bərabərə qalıb, “Balaxanı” (3:2) və “Gənclər” (4:0) üzərində qələbə qazanıb. Yarımfinalda “Zirvə” rəqibi PFA-nı üstələyib – 3:1. Yalnız finalda “Education”a (1:3) uduzan komandamız yarışlarda ikinci yerə çıxıb.
Təbrik edirik!