
AFFA bayrağı altında keçirilən aşağı yaş qrupları arasında futbol yarışlarında pley-off mərhələsi başa çatıb. Cənub zonasında mübarizə aparan U-10 “Lənkəran-Zirvə” komandamız böyük uğurla yadda qalıb.
Belə ki, futbolçularımız Masallının eyniadlı komandası üz-üzə gəlib. Birinci görüşdə komandamız səfərdə 1:1 hesablı bərabərlik əldə edib. Cavab qarşılamasında isə yeniyetmə “Zirvəçilər” əla, əzmkar futbol nümayiş etdirərək, 3:2 hesabı ilə qələbə qazanıblar. Və Azərbaycanın ən güclülərinin yer aldığı final mərhələsindıə iştirak etmək hüququna yiyələniblər.
Məşqçi Royal və Xəyal Abbasovların rəhbərliyi altında 10 yaşlılarımızın bu böyük qələbəsi sevindirici, xoş xəbərdir. Yetərincə böyük populyarlığı olan bu idman növündə uğur əldə etməyin, xüsusilə də yeniyetmələrlə bunu etməyin çətinliyi nəzərə alsaq, nailiyyətin əhəmiyyəti artır.
Futbol komandamızın üzvləri, məşqçilər və bu qələbədə əməyi olan hər kəsi təbrik edir, qarşıdakı matçlarda da uğur qazanmalarını arzulayırıq!