Futbolçularımızdan uğurlu çıxış: iki komandamıza pley-offda qələbə qazandı!

AFFA bayrağı altında keçirilən aşağı yaş qrupları arasında futbol birinciliklərində pley-off mərhələsinə start verilib. Cənub regionunda qrup mərhələsini uğurla başa vuran 4 komandamızın dördü də bu mərhələdə iştirak edib.
Ən aşağı yaşlı futbolçularımız – U-10 komandamız Salyan “Muğan”ı ilə qarşılaşıb. “Zirvə”çilər gözəl oyun nümayiş etdirərək 5:1 hesabı ilə qələbə qazanıblar.
U-11 komandamız da gözəl çıxışla yadda qalıblar. Lənkəran “Zirvə” futblçuları Neftçalanın “Neftçi İK İB” komandasını 8:0 hesabı ilə darmadağın ediblər.
U-13 komandamız regionun ən güclü komandası sayılsa da, gözlənilmədən Neftçaladan olan “Neftçi İK İB”ə 2:3 hesabı ilə məglub olub.
U-14 komandamız da “Neftçi”İK İB (Neftçala) ilə qarşılaşıb və meydanı məğlub tərk edib.
Beləliklə, U-10 və U-11 komandalarımız daha bir oyun keçirmək hququ qazanıb və pley-offdakı çıxışlarını davam etdirirlər. Bu mərhələdə qalib komanda final mərhələsində oynamaq huququ qazanacaq.
Futbol mütəxəssislərimizi bu uğurlu nəticələr münasibətilə təbrik edir, “Zirvə”nin adını zirvədə saxlamaq üçün sərf etdikləri əməyə görə klubumuz adından təşəkkür edirik.

SHARE
Şərh yaz