Futbolçularımızın uğurlu çıxışı davam edir

futbol zirve

AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə birinciliklərdə qrup mərhələsinə yekun vurulub. Son turda komandalarımız müvafiq qruplarda son matçlarını keçirib.
Nəticələr sevindiricidir. Cənub regionunda çıxış edən 4 komandamızdan 3-ü final mərhələsində oynamaq şansı qazanıb. U-10, U-12 və U-13 təmsilçilərimiz güclərini bir daha sınamaq və çempionluq sevinci yaşamaq imkanı əldə ediblər. Bu qələbələrdə əməyi keçən hər kəsə təşəkkür edir, daha böyük uğurlar qazanmalarını arzulayırıq.

Son turun nəticələri aşağıda tanış ola bilərsiniz:
5 mart
U-10 liqası
Dalga (Lənkəran) – Zirvə (Lənkəran) 0:3
UGİM (Astara) – “Xəzər Lənkəran” 0:2

U-13 liqası
Dalğa (Lənkəran) -Zirvə (Lənkəran) 0:1
“Xəzər Lənkəran” – UGİM (Astara) 2:1

6 mart
U-11 liqası
UGİM (Lənkəran) – Separadi Bələdiyyəsi 5:1
“Zirvə” (Lənkəran) – “Xəzər Lənkəran” 0:5
Boradigah (Masallı) Gİİ -UGİM (Astara) 0:6

U-12 liqası
Separadi Bələdiyyəsi – “Xəzər Lənkəran” 0:6
UGİM (Astara) – Dalğa (Lənkəran) +:-

U-13 liqası
UGİM (Astara) – Dalğa (Lənkəran) 2:0
Zirvə (Lənkəran) – “Xəzər Lənkəran” 0:2

SHARE
Şərh yaz