Futbolçularımızın uğurlu çıxışları davam edir

14333739_1118979208192857_2522378592324177930_nAFFA bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə Azərbaycan birincilikləri davam edir. Turnirlərdə “Zirvə” Futbol Klubları da iştirak edirlər. Onlar əsasən cənub regionu üzrə yarışlarda çıxış edirlər. Artıq 3-cü turun oyunları da keçirilib.
Lənkəran şəhər Uşaq-İdman Məktəbinin futbol meydançasında baş tutan oyunlarda komandalarımız müxtəlif nəticələr qazanıblar.
Belə ki, U-10 komandamız bu tur meydana çıxmayıb.
U-11 komandası gözlənilmədən astaralı həmyaşıdlarına məglub olublar.
Bu oyunda komandamızın ən yaxşısı adını Ağamir Əhmədov qazanıb.
U-13 isə bizi sevindirib. “Zirvəçilər” Lənkəranın “Separadi Bələdiyəsi” komandasını 3:0 hesabı ilə məğlub ediblər.
Bu qarşılaşmada Şaban Hüseynov ən yaxşı adına layiq görülüb.
Eyni uğura U-14 komandamız da nail olub. “Lənkəran-Zirvə”çilər Masallının “Ərkivan” komandasina 3:0 hesabi ilə qalib gəlməyi bacarıblar.
Bu matçda Emin Dadaşov oyunun ən yaxşısı seçilib.
Təbrik edirik!

Ağamir Əhmədov

agamir

Şaban Hüseynov

emin-dadasov

Emin Dadaşov

sabah-huseynov

SHARE
Şərh yaz