Futbolda da “Zirvə” yürüşümüz başlayıb – VİDEOSÜJET

futbol zirve

İki ildir beynəlxalq arenaya qədəm qoyan və fəaliyyətini 12 ölkəyə qədər genişləndirən “Zirvə” Beynəlxalq İdman Klubu ağır atletika üzrə Azərbaycanın lider klubudur. Bununla yanaşı, cüdo və bədii gimnastika da diqqət ayırdığımız növlərdəndir. Son illərdə isə futbola olan maraq artmaqdadır.

Peşəkar idmançılar tərəfindən təsis edilmiş, müstəqil beynəlxalq statusa malik bir idman klubu olan “Zirvə”, uşaqların ən kiçik yaşlarından idmana cəlbini qarşısına məqsəd qoyub. Futbol isə dünyanın populyar idman növü və məqsədimizə çatmaq üçün gözəl vasitədir. Buna görə də, mərkəzi bazamız olan AAAF Park Yaşayış Kompleksində məşqlər keçən mütəxəssislərimiz müxtəlif turnirlərdə güclərini sınayır, gənc futbolçulara təcrübə qazanmaq imkanı verirlər.

Bu ilə qədər yaşı 11-ə qədər olan komandamız Fuad Cəfərovun rəhbərliyi altında Bakı birinciliyində uğurla çıxış edir, mütəmadi qələbələr əldə edirdi. Oktyabrdan daha bir komandamız – yaşı 10-a qədər olan futbolçuların “Zirvə” klubu bu dəfə Fuad Kərimlinin rəhbərliyi altında AFFA-nın təşkil etdiyi “U-10 Liqası”na qatılıb. Qələbə qazanılmasa da, balacaların əzmi, mübarizliyi, eyni zamanda oyun sevinci klub tərəfindən görülən bu işlərin, verilən dəstəyin necə böyük bir addım olduğunu sübut edir.

Bu ildən “Zirvə” ailəsinə qatılan Lənkəran futbolçuları isə Cənub regionunda bizləri tanıtmaqdadırlar. Cənub Regional Futbol Federasiyasının prezidenti, bu bölgədə klubumuzun rəhbəri olan Sakin Məmmədzadənin təşkilati çalışmaları öz bəhrəsini verməkdədir. Artıq 4 komandamız – U-10, U-11, U-12 və U-13 AFFA-nın cənub regionu üzrə təşkil etdiyi müvafiq turnirlərdə iştirak edir, qələbələr əldə edirlər. Bütün komandalarımız bütün lazımi şəraitlə – geyim dəsti, top və digər ləvazimatlarla təmin olunurlar.

Sentyabrdan Futzal üzrə I Diviziona qatılan “Zirvə” Futzal Klubumuz da adımızı bütün ölkəyə tanıtmaqdadır. Gənc mütəxəssis Fuad Cəfərov yetirmələri ilə birlikdə maraqlı oyun nümayiş etdirir, yaxşı nəticələr qazanır. Komandamız yeni, ancaq döyüşkən kollektiv təsiri bağışlayır. Onlara verilən dəstək davam etdikcə, daha böyük qələbələr özünü gözlətməyəcək.

“Zirvə”nin adını zirvəyə daşıyan hər bir gənc və təcrübəli futbolçulara təşəkkür etmək borcumuzdur. Klubumuz onların yanında olmağa davam edəcək, heç bir dəstəyini əsirgəməyəcəkdir.

SHARE
Şərh yaz