AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları arasında regional futbol yarışlarında Cənubda növbəti turun oyunları baş tutub. Yarışda iştirak edən “Zirvə” təmsilçiləri də uğurlu çıxışları ilə zirvəyə doğru addımlarını davam etdirirlər.
U-10 komandamız Astara UGIM-inə 2:4 hesabı ilə məğlub olub.
U-11 liqasında “Zirvə” yenidən Astara UGİM-i ilə qarşılaşıb. Bu dəfə 4:4 hesabı ilə başa çatıb. Bu xalla komandamız qrudakı liderliyini qoruyub.
U-13 liqasında komandamız lider “Xəzər Lənkəran”la qarşılaşıb. “Zirvəçilər” sona qədər mübarizə apararaq 1:2 məğlub olsalar da, final mərhələsinə çıxmaq şanslarını özündə saxlayıb.
U-14 liqasindakı təmsilçimiz isə Masallı UGİM-nə 3:0 hesabı ilə qalib gəlib.