Azərbaycan Pedaqoji Universitetinin idman zalında “Mübariz” İdman Klubunun güləş üzrə açıq birinciliyi keçirilib. 5 oktyabr – Müəllimlər Gününə həsr olunan yarışda müxtəlif klub və cəmiyyətləri təmsil edən 280 gənc güləşçi medallar uğrunda mübarizə aparıb. Onların içərisində “Zirvə” Beynəlxalq İdman Klublarının iki təmsilçisi də olub. Elvin Aslanovun rəhbərliyi altında çıxış edən idmançılarımız iki qızıl medal qazanaraq uğur ldə ediblər.
Əbdürrəhman Aslanzadə 23 kq, Məhəmməd İsmayılov isə 32 kq çəki dərəcəsində bütan rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Təbrik edirik!