2012-ci ildə gənclər arasında dünya çempionatının keçirildiyi yer və təqvimi artıq müəyyənləşib. Belə ki, yarış Şimali Amerika dövlətlərindən olan Qvatemalada keçiriləcək. Bu nüfuzlu turnir 07-18 may tarixlərində Antiqua şəhərində baş tutacaqdır. Çəkilər üzrə mübarizə mayın 11-də başlayacaq. Yarışda iştirak edəcək ölkələrin nümayəndə heyətləri isə mayın 7-də Qvatemalada olmalıdırlar.
Azərbaycan milli komandasının bu yarışlarda hansı heyətlə çıxış edəcəyi hələ məlum deyildir və yarışlara bir müddət qalmış müəyyənləşəcəkdir.