Estoniyanın Tallin şəhərində 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa Birinciliyi start götürüb. Artıq bu gün azərbaycanlı ağır atletlərdən ikisi – 20 yaşa qədər oğlanlar arasında Elxan Əliqulizadə 69 kq çəki dərəcəsində, 23 yaşa qədər oğlanlar arasında isə Yuri Dudoqlo 62 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.
Körpücük üzərinə ilk olaraq Dudoqlo, saat 16:30-da başlayacaq çəkidə çıxacaq. Elxan Əliquluzadənin çəki dərəcəsinin isə 21:00-da start götürməsi planlaşdırılıb.
Yarışın nəticələrini operativ olaraq sizə çatdıracağıq.
Aşağıda Avropa çempionatını canlı izləyə bilərsiniz:
CANLI YAYIN