Gənclərimiz İslam Həmrəylik Ağırlıqqaldırma Çempionatında iştirak edəcəklər

Əsas milli komandamızın Avropa çempionatı və 2012-ci il London Olimpiadasına hazırlıqlarını davam etdirdiyi bir zamanda, gənclərimiz başqa bir mötbər turnirdə iştirak edəcəklər. Azərbaycanın gənc ağır atletləri ölkəmizi Ağır Atletika üzrə 2012-ci il İslam Həmrəylik Çempionatında təmsil etməyə hazırlaşırlar. Milli komandanın baş məşqçisi Nizami Paşayev bu yarışda yığmamızın ehtiyat qüvvəsini gözdən keçirəcəkdir.

Turnir 28 yanvar – 2 fevral tarixlərində Səudiyyə Ərəbistanının Dammam şəhərində keçiriləcək. Artıq bu ölkəyə yollanacaq heyətimiz məlumdur. Məşqçilər Nizami Paşayev və Xanlar Nəbiyevin rəhbərliyi altında aşağıdakı idmançılarımız körpücük üzərinə çıxacaqlar:

Paşa İbrahimli
Rauf Nəbiyev
Firudin Quliyev
Elxan Əliquluzadə
Nicat Rəhimov
Namiq Cəmilov
Turan Abdullayev
Nailxan Nəbiyev

SHARE
Şərh yaz