Gənclər arasında Avropa çempionatı başlayır – VAXT CƏDVƏLİ

 

junior-U23

Bu gün Kiprin Limassol şəhərində gənclər arasında 17-ci qadın və 40-cı kişilər, həmçinin yaşı 23-ə qədər olan idmançıların 6-cı Avropa çempionatı start götürür. 21-29 noyabr tarixləri arasında keçiriləcək yarışda 37 ölkədən 314 (197 kişi və 117 qadın) idmançı medallar uğrunda mübarizə aparacaq.

Bu çempionatda Azərbaycan yığması da geniş heyətlə çıxış edəcək. 10 nəfərlə Kiprə yollanan milli komandanın 9-u “Zirvə” İdman Klubunu təmsil edirlər.

“Zirvəçi”lərdən biri – Əzimova Səbinənin körpücük üzərinə çıxmayacağı dünən məlum olub. Belə ki, ənənəvi olaraq yarışdan əvvəl keçirilən konqresdə qərar qəbul edilib ki, gənclər arasında çempionatda iştirak edən atletlərin yaşı ən azı 15 olmalıdır. Səbinənin isə 14 yaşı var. Bu qədər gənc yaşda Avropa çempionatında iştiraka hüquq qazanması belə böyük uğurdur. Hər halda, biz ona müvəffəqiyyətlər arzulayır, gələn turnirlərdə fəxri kürsünün ən yüksək pillədə duracağına inanırıq.

Digər atletlərin yarışda çıxış vaxtlarını sizə təqdim edirik:

U-20 gənclər

  • Gülçin Əlizadə – 23 noyabr – 17.30
  • Məhəmməd Məmmədli – 23 noyabr – 19.30
  • İmanzadə Rüstəm – 23 noyabr – 19.30

U-23

  • Boyanka Kostova 24 noyabr – 19.00

U-20

  • Şərifov Elşad – 24 noyabr – 21.00
  • Kənan Əliquliyev – 24 noyabr – 21.00

U-20

  • Elnarə Abbasova 25 noyabr – 11.00

U-23

  • Anastasiya İbrahimli 27 noyabr – 15.00

U-20

  • Dadaş Dadaşbəyli – 27 noyabr – 19.00
SHARE
Şərh yaz