İspaniyanın Valensiya şəhərində keçirilən gənclər arasında Avropa çempionatında atletlərimiz mübarizəni uğurla davam etdirirlər.
Mayın 20-də 69 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Nicat Rəhimov 290 kq (131 kq +159 kq) 290 kq nəticə ilə Avropa çempionu adına layiq görülüb.
Avropa çempionatının ilk günündə Məhəmməd Seyidov (85+105) 190 kq, ikinci günündə Firudin Quliyev (112+140) 252 kq nəticə ilə gümüş medal qazanmışlar.
62 kq çəki dərəcəsində təkanla ağırlıq qaldırarkən mübahisə baş verib. Atletimiz Firudin Quliyev təkanla qaldırmaq üçün 145 kq ağırlıq sifariş verib. Quliyev bu ağırlığın öhdəsindən gəlib. Münsiflər heyəti əvvəlcə onun nəticəsini qeydə alıb. Lakin 10 dəqiqə sonra qərar ləğv edilib. Səbəb kimi idmançımızın 145 kq ağırlığı qaldırarkən, səhvə yol verdiyi bildirilib və Quliyevin əvvəlki cəhddə qaldırdığı 140 kq ağırlıq saxlanılıb. Hakimlərin qərarlarını dəyişməsi idmançımızın bu çəki dərəcəsində gümüş medal qazanmasına səbəb olub. Birinci yeri isə təkanla qaldırmada 141 kq nəticə göstərən Ermənistan təmsilçisi Vladik Karapetyan tutub. Təkanla 1 kq artıq ağırlıq qaldıran erməni atlet Avropa çempionu olub.Hakimlərin qərarına etiraz əlaməti olaraq Firudin Quliyev fəxri kürsüyə qalxmaqdan imtina edib.