Gimnastika üzrə 5-ci ənənəvi açıq “Zirvə Oyunları” keçirilib

 

Mayın 21-də AAAF PARK Yaşayış Kompleksinin yarış zalında yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 94 illik yubileyinə həsr olunmuş “V ZİRVƏ OYUNLARI” açıq bədii gimnastika birinciliyi ilə başa çatıb. “Zirvə” Beynəlxalq İdman Klubunun nəzdində müxtəlif idman növləriylə məşğul olan qızların, həmçinin digər klubların nümayəndələrinin qatıldığı bu yarış böyük marağa səbəb oldu.

Yarışı giriş sözü ilə “Zirvə” İnternational Sport Clubs-ın direktoru Rizvan Rəsulov açıb. O, bədii gimnastikaya dövlət səviyyəsində yetirilən diqqət və qayğının çox böyük olduğunu, günü-gündən inkişaf etdiyini qeyd edib. Təsadüfi deyil ki, həm idman, həm də bədii gimnastlarımız IV İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 20 medal qazanaraq ölkəmizi layiqincə təmsil ediblər. Onun sözlərinə görə, “Zirvə” Klubu da dövlətin bu siyasətinə dəstəyini həmişə nümayiş etdirib və artıq 5-ci dəfə təşkil olunan və ulu öndər Heydər Əliyevin anadan olmasına həsr olunan “Zirvə Oyunları” da bu addımlardan biridir. Rəsulov yarış iştirakçılarına uğurlar arzulayıb.

Dövlət Himni səslənib və yarışlara start verilib.

“5-ci Zirvə Oyunları”nın gimnastika yarışlarında “Kürdəmir OİK”, RKİM, “Gömrükçü”, “Zabrat”, “Sumqayıt” və “Zirvə” klublarında 70-ə yaxın gənc qızımız iştirak edib. Həmişə olduğu kimi, “zirvəçilər” çox sayda medal qazanaraq fəxri kürsüyə qalxmağı bacarıblar. Məşqçi Rəfiqə Əliyevanın rəhbərliyi altında çıxışe dən gimnastlarımız ümumilikdə 16 medal əldə ediblər. Onlarda 4-ü qızıl, 2-si gümüş və 10-u bürünc medal olub. Nəticələrimiz aşağıdakılardır:

N Ad İl Alətsiz Top Halqa Lent Gürzlər İp
1. Cəfərova Zəhra 2008 Qızıl
2. Quliyeva Gülşən 2008 Bürünc Bürünc
3. Kərimova Çinarə 2008 4-cü yer 4-cü yer
4. Kərimova Zərifə 2006 Bürünc Bürünc
5. Səmədli Fatimə 2006 Bürünc Gümüş
6. Ocaqlı Aytac 2006 Gümüş Qızıl
7. Rzazadə Fatimə 2004 5-ci yer 5-ci yer Bürünc
8. Süleymanlı Aytac 2004 4-cü yer 4-cü yer Qızıl
9. Süleymanlı Səriyyə 2004 Bürünc Qızıl

 

“Zirvə Oyunları”nın keçirilməsində məqsəd idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmancıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

Bütün “Zirvəçilər”i bu uğur münasibətilə təbrik edir, qarşıdakı yarışlarda da qələblərə qazanmalarını arzulayırıq!

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz