Gimnastika üzrə Azərbaycan birinciliyi və Regionlararsı Kubokda 3 qızıl və 1 bürünc qazandıq!

14505825881314046002_1000x669

17-19 dekabr tarixlərində təxminən 160 gimnastın iştirak etdiyi bədii gimnastika üzrə 22-ci Azərbaycan Birinciliyi və Regionlararası 2-ci Kubok keçirilib.
Bakı Gimnastika Məktəbi, “Zirvə”, “Ocaq Sport”, “Neftçı”, “Spartak”, “Sərhədçi”, “Start”, Respublika Kompleks İdman Məktəbi, Hövsan Olimpiya İdman Kompleksindən olan paytaxt idmançıları ilə yanaşı, Sumqayıt, Şirvan, Qusar, Göyçay, Gəncə, İsmayıllı, Kürdəmir, Naxçıvan təmsilçiləri də öz çıxışlarını nümayiş etdiriblər.
Yarışların ilk günü 2005-2007-ci il təvəllüdlü (balacalar) idmançılar mübarizə aparıblar və alətsiz, halqa və topla üç çıxışın cəmində çoxnövçülükdə ən güclü gimnastları müəyyən ediblər. İlk gündəcə “Zirvəçi” idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 2005-ci il təvəllüdlü balacaların yarışında Bayramova Nərmin bütün rəqiblərini üstələyib. O, alətsiz çıxışda 12,55 xal, halqa ilə çıxışlarda 10,65 xal, topla çıxışda isə 10,85 xal qazanaraq toplamda 34,05 xal toplayıb. “Zirvə” gimnastı digər medalçıları 2, hətta 3 xal qabaqlayaraq gücünə şübhə qoymayıb.
Regionlararası 2-ci Kubok yarışında da gimnastlarımız uğurla çıxış ediblər. Həmin Nərmin Bayramova “balacalar”ın mübarizəsində yenidən fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, alətsiz çıxışda 12,45 xal, topla çıxışda isə 11, 05 xal toplayaraq cəmi 23,5 xalla qızıl medal qazanıb.
Yeniyetmələrin yarışında Aytac Süleymanlı fərqlənib. O, halqa və gürzlərlə çıxışının hər birində 5,25 xal, cəmi isə 10,5 xal toplayaraq bürünc medala sahib çıxıb.
Böyüklər arasında mübarizədə Leyla Səidova ön plana çıxıb. İdmançımız halqa ilə hərəkətlərdə 4,05 xal, iplə çıxışda isə 4,4 xal əldə edib. Cəmi 8,45 xalla Kubokda qalib adını qazanıb.
Beləliklə, “Zirvə” bu səviyyədə çıxış etdiyi ilk belə yarışda 3 qızıl və 1 bürünc medal əldə edərək bizləri sevindirdi. Klubumuz Azərbaycan idmanın töhfələrini verməkdə davam edir. Ağır atletika, futbol və cüdo ilə yanaşı, bədii gimnasitkada da uğurlarımız göz önündədir. Ölkəmizdə idmana göstərilən diqqət və qayğı nəticəsində zirvələri fəth edən idmançılarımızın sıralarında “Zirvəçilər”I görmək sevindiricidir.
Bu qələbələrdə rolu olan hər kəs, xüsusilə də gimnastika müəllimələrimizə təşəkkür edir, onları təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!
Əhsən!
14505825881144121390_1000x669

14505825881081226083_1000x669

14505825882500562785_1000x669

14505825881314046002_1000x669

1450582588331515118_1000x669

14505825882687048657_1000x669

14505825882764637534_1000x669

14505825884757549379_1000x6691450582588747043451_1000x6691450582588772023025_1000x66914505825885328251273_1000x66914505825886499022417_1000x669

SHARE
Şərh yaz