Gimnastımız Regionlararası Kubokda bürünc medal qazandı!

Dekabr ayının 8-10 tarixlərində Milli Gimnastika Arenası öz qapılarını bədii gimnastlar və batutçular üçün açıb. Belə ki, həmin tarixlərdə Bədii gimnastika üzrə Azərbaycan Birinciliyi və Bölgələrarası Kubok, eyni zamanda Batut gimnastikası üzrə Azərbaycan Birinciliyi və Bakı Çempionatı təşkil olunub.

Fərdi bədii gimnastlar balacalar, yeniyetmələr və gənclər, qrup hərəkətləri komandaları isə yalnız yeniyetmələr və balacalar yaş kateqoriyasında medallar uğrunda mübarizə aparıblar. Artıq 4-cü dəfədir təşkil olunan Bölgələrarası Kubokda isə İsmayıllı, Göyçay, Gəncə, Qusar, Şirvan, Şağan, Kürdəmir, Naxçıvan, Mingəçevir, Xırdalan və Sumqayıt şəhərinin yetirmələri yer alıblar. Kubokda balacalar alətsiz və halqa ilə, yeniyetmələr isə top, gürzlər və lent ilə çıxışlar nümayiş etdiriblər.

İştirakçılar arasında çox sayda “Zirvə” gimnastları da olub. Qızlarımız müxtəlif yaş qrupları və alətlərdə çıxış edərək tamaşaçıların alqışlarını qazanıblar. Regionlararası Kubokda isə bir qızımız fəxri kürsüyə yüksəlməyi bacarıb.

2009-cu il təvəllüdlü qızların çoxnövçülük yarışında Əsgərova Dəniz alətsiz və iplə hərəkətlərdə bacarığımı nümayiş etdirib. Sonda toplam 14.268 xal qazanan “Zirvəçi” yarışın bürünc medalına sahib çıxıb.

Qrup yarışında da iştirak edən komandamız 17 klub arasında yüksək 5-ci yeri tutmağı bacarıb. Qrup üzvlərimiz Qabilzadə Şəms (2008-ci il), Həsənova Fidan (2009), Quliyeva Nuray (2009), Əsgərova Dəniz (2009), Cəfərova Zəhra (2008) olub.

Mütəxəssis Rəfiqə Əliyevanın rəhbərliyi altında çıxış etmiş və uğur qazana gimnastlarımızı təbrik edir, onlara qarşıdakı yarışlarda da uğurlar diləyirik!

Maraqlıdır ki, bütün iştirakçılar çıxışlarını başa vurandan sonra yaşı 20-dən çox olan sabiq gimnastlar da tamaşaçılar üçün çıxış edib. Məşqçimiz Rəfiqə Əliyeva da məharətini göstərib. Onun çıxışı alqışlarla qarşılanıb.

 

Gimnastika. Fərdi yarışlar. Balacalar. 2007-ci illər. Çoxnövçülük
N Adı Alətsiz yer İp yer Halqa yer Top yer Gürz yer Lent yer Toplam yer
1. Süleymanlı Səriyyə 6.984 24 5.267 17 6.000 14 18.251 18
Gimnastika. Fərdi yarışlar. Balacalar. 2008-ci illər. Çoxnövçülük
2. Cəfərova Zəhra 7.267 15 3.900 15 17.184 13 17.184 15
Gimnastika. Fərdi yarışlar. Balacalar. 2009-cu illər. Çoxnövçülük
3. Əsgərova Dəniz 7.634 17 6.667 13 5.900 15 19.201 16
4. Quliyeva Nuray 6.734 22 2.917 24 4.584 19 14.235 22
Gimnastika. Fərdi yarışlar. Yeniyetmələr. Çoxnövçülük
5. Səmədli Fatimə 5.200 28 6.634 19 6.634 22 5.967 21 24.435 24
6. Ocaqlı Aytac 5.417 26 5.267 27 5.367 29 4.734 26 20.785 29
7. Kərimova Zərifə 4.500 35 4.634 33 3.867 37 3.717 35 16.718 35
8. Kərimova Çinarə 3.717 38 3.100 40 4.600 32 3.667 36 15.084 39
Gimnastika. Fərdi yarışlar. Gənclər. Çoxnövçülük
9. Süleymanlı Aytac 6.850 22 7.667 16 5.200 27 4.684 23 24.401 24
Gimnastika. Bölgələrarası Kubok. Balacalar. 2007-ci illər. Çoxnövçülük
10. Süleymanlı Səriyyə 7.184 6 5.117 4 12.301 4
Gimnastika. Bölgələrarası Kubok. Balacalar. 2008-ci illər. Çoxnövçülük
11. Cəfərova Zəhra 6.787 10 5.634 4 12.401 6
12. Xəlilzadə Fatimə 5.367 12 4.200 10 9.567 11
13. Həsənli Nəzrin 5.734 11 3.267 12 9.001 12
14. Musayeva Münəvvər 5.267 13 2.100 14 7.367 13
15. Əmiraslanova Fidan 4.584 14 2.134 13 6.718 14
Gimnastika. Bölgələrarası Kubok. Balacalar. 2009-cu illər. Çoxnövçülük
16. Əsgərova Dəniz 7.534 4 6.734 2 14.268 3
17. Quliyeva Nuray 6.267 9 3.417 12 9.684 9
18. Mehtiyeva Lalə 5.834 10 3.434 11 9.268 10
19. İbişova Nəzrin 4.600 13 3.767 8 8.367 13
Gimnastika. Bölgələrarası Kubok. Yeniyetmələr. 2006-cı illər. Çoxnövçülük
20. Ocaqlı Aytac 5.867 6 4.534 7 6.767 5 17.168 6
21. Səmədli Fatimə 4.567 7 5.167 6 4.467 8 14.201 7
22. Kərimova Zəhra 4.267 9 3.834 9 4.634 7 12.735 8
23. Kərimova Çinarə 3.234 10 4.367 8 3.550 9 11.151 9

 

 

SHARE
Şərh yaz