Gimnastlarımız “Aquatic Cup 2019” Beynəlxalq turnirində iki medal qaznıblar

Gimnastika Federasiyası və Su idmanı sarayının birgə təşkilatçılığı ilə Bədii Gimnastika üzrə “Aquatic Cup 2019” adlı II Beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycan gimnastları ilə yanaşı, Rusiya, Qazaxıstan və Özbəkistandan olan gimnastlar da iştirak ediblər. 5-15 yaşlı gimnastlar arasında keçirilən turnir Bakı İdman zalında baş tutub. İki gün davam edən yarışlarda idmançılar müvafiq yaş qrupları və kateqoriyalarda mübarizə aparıblar.

Onların arasında “Zirvə” Beynəlxalq İdman Klublarının gimnastları da olub. İdmançılarımız çoxnövçülük yarışlarında uğur qazanıblar. Balakişiyeva Röya gümüş, İsmayılova Səlimə isə bürünc medala layiq görülüblər.

Təbrik edirik!

SHARE
Şərh yaz