Gimnastlarımızdan böyük uğur: 2 qızıl və 2 gümüş medal!

6-9 dekabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilib. Yarışların ilk 3 günü fərdi gimnastlar “balacalar”, “yeniyetmələr”, “gənclər” yaş kateqoriyasında, qrup hərəkətləri komandaları isə “balacalar” və “yeniyetmələr” yaş kateqoriyasında mübarizə aparıblar. İdmançılar arasında Ocaq Sport Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, AyUlduz Klubu, Zirvə “International” İdman Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, həmçinin Sumqayıt şəhəri, Qusar, Gəncə, Mingəçevir, İsmayıllı, Kürdəmir, Şirvan və Göyçay rayonlarının yetirmələri yer alıblar.
“Zirvə”çi gimnastlar Azərbaycan birinciliyinə qrup yarışları ilə başlayıblar. Komandamız toplam 6.050 xalla 4-cü yeri tutub.
Sonra fərdi yarışlara start verilib. Gənclər qrupunda mübarizə aparan Aytac Süleymanlı 21.000 xalla 18-ci, Fatimə Rzazadə isə 17.400 xalla 20-ci pillədə qərarlaşıblar. Balacalarda 2008-ci il təvəllüdlü qızlar arasında Zəhra Cəfərova 32.700 xalla 6-cı olub. 2009-cu il təvəllüdlü qzlar arasında Nuray Quliyeva 26.150 xalla 12-ci, Dəniz Əsgərova 25.550 xalla 14-cü, Leyla Əliyeva 20.050 xalla 17-ci, Fidana Həsənova 19.450 xalla 18-ci yerdə qərarlaşıb. 2010-cu il təvəllüdlü qızlar arasında Sevil Hüseynli 20.350 xalla 17-ci, Dilək Əmrullayeva 19.000 xalla 19-cu yeri tutub. Yeniyetmələr qrupunda Aytac Ocaqlı 22.900 xalla 31-ci, Fatimə Səmədli 21.650 xalla 33-cü, Səriyyə Süleymanlı 17.050 xalla 35-ci ola bilib. Balacalardan ibarət iki komandamız da yarış qatılıb. Onlardan “Zirvə 1” komandası 6.700 xalla 7-ci, “Zirvə 2” komandası isə 5.650 xalla 8-ci yeri tutub.
Turnirin son günü isə Bölgələrarası Kubok start götürüb. Sayca 5-ci olan bu kubokda bölgələrimizi təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında öz çıxışlarını hakimlərə nümayiş etdiriblər. Məhz bu yarışda “Zirvə” gimnastları möhtəşəm çıxışla yadda qalıblar. Rəfiqə Əliyevanın rəhbərliyi altında çıxış edən qızlarımız 2 qızıl və 2 gümüş medal qazanaraq böyük uğura imza atıblar.
Yeniyetmələr qrupunda 2006-cı il təvəllüdlü qızların mübarizəsində Fatimə Səmədli 14.850 xalla 6-cı, Aytac Ocaqlı 14.600 xalla 7-ci, 2007-cı il təvəllüdlü qızların yarışında isə Səriyyə Süleymanlı 12.450 xalla 4-cü yeri tutub.
Balacalar qrupunda 2008-ci il təvəllüdlü qızların yarışında Zəhra Cəfərova 24.150 xalla gümüş medal əldə edib. 2009-cu il təvəllüdlü qızların yarışında isə Dəniz Əsgərova 21.250 xalla gümüş medala sahib çıxıb. Bu qrupda Nuray Quliyeva 18.650 xalla 4-cü, Leyla Əliyeva 17.850 xalla 5-ci, Fidan Həsənova 16.900 xalla 6-cı yeri tutub.
2010-cu il təvəllüdlü qızların yarışında isə əsas nailiyyəti əldə etdik. Dilək Əmrullayeva 14.700 xalla 5-ci olub. Sevil Hüseynli isə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Balaca qızımız 17.300 xalla bütün rəqiblərini geridə qoyub və qızıl medala sahib çıxıb.
Komandalar yarışlarında halqa ilə qrup hərəkətlərdə 2008-2010-cu il təvəllüdlü gimnastlar arasında birinci yeri “Zirve 1” komandası tutub.
Gözəl nailiyyət əldə edən gimnast qızlarımız və onların uğurunda əməyi olan hər kəsi təbrik edir, bundan sonrakı yarışlarda da səslərinin zirvədən gəlməsini arzulayırıq!

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz