Komandamız “Zirvə Astara” Azərbaycan Basketbol Superliqasının 4-cü turu çərçivəsində növbəti oyununu keçirib. Rəqib “Xırdalan” komandası olub. Azarkeşlər möhtəşəm matça şahidlik ediblər. Gərgin, nəfəskəsən mübarizə, əzmkarlıq, komandaların qarşılıqlı xal qazanmaları oyuna rəng qatıb. Son saniyələrə qədər çəkən həyəcanı izləməyə dəyərdi.
Amerikalı hücumçumuz Çarlz İtonun 34 xalla fərqləndyi qarşılaşmanı “Zirvə Astara” 80:79 qalib başa vuraraq turnir cədvənin zirvəsindəki yerini qorudu. Superliqada 4 oyunun hamısında qələbə qazanan yeganə komanda olan Zaur Paşayevin yetirmələri, uğurlu çıxışlarını davam etdirirlər.
Təbrik edirik!