Gülbəniz Nəzərli Novı Tomıslda körpücük üzərinə çıxdı

gul-bSentyabrın 9-17-də Polşanın Novı Tomısl şəhərində yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlanlar atletlər arasında Avropa birinciliyi keçiriləcək. Yarışda Azərbaycan yığma komandasının, həmçinin “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də iştirak edirlər.
Azərbaycan millisinin gənc üzvü Gülbəniz Nəzərli 48 kq çəki dərəcəsində mübarizə aparıb. “Lənkəran-Zirvə” təmsilçisi birdən qaldırma hərəkətində 47 kq, təkanla qaldırma hərəkətində 55 kq çəkini ram edib. Toplam 102 kq (47+55) nətic göstərən Nəzərli yekun Avropa çempionatında 12-ci yeri tutub.

SHARE
Şərh yaz