Qazaxıstanın Almatı şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında növbəti yarış günüdür. Azərbaycan milli komandasının üzvlərində körpücük üzərinə bu dəfə qadın idmançılarımız çıxırlar. Onlardan ilk olaraq Gülçin Əlizadə qüvvəsini sınayıb. “Qazax-Zirvə” İdman Klubunun nümayəndəsi olan gənc atlet 53 kq çəki dərəcəsinin C qrupunda çıxış edib.
Gülçin birdən qaldırma hərəkətində 70 kq, təkanla qaldırma hərəkətində isə 90 kq nəticə göstərib. Əlizadə toplamda 160 kq-la C qrupunda 8-ci yeri tutub. Onun yekun sıralamadakı yeri bütün qruplarda mübarizə başa çatandan sonra məlum olacaq.