Aprelin 8-16-sı aralığında Norveçin Fyorde şəhərində keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatında ikinci yarış günüdür. Bu gün körpücük üzərinə Azərbaycan milli komandasının daha bir üzvü – Gülçin Əlizadə çıxıb. O, 53 kq çəki dərəcəsinin B qrupunda mübarizə aparıb.
“Qazax-Zirvə” atleti birdən qaldırma hərəkətində 65 kq, təkanla qaldırmada isə 80 kq-lıq ştanqın öhdəsindən gəlib. Toplam 145 kq (65+80) nəticə göstərən Gülçin, B qrupunda 11-ci yeri tutub. Onun ümumi sıralamada neçənci olacağına A qrupunda yarışlar başa çatandan sonra aydınlıq gələcək.