Sentyabrın 9-17-də Polşanın Novı Tomısl şəhərində yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlanlar atletlər arasında Avropa birinciliyi başa çatmaq üzrədir. Yarışda Azərbaycan yığma komandasının, həmçinin “Zirvə” Beynəlxalq İdman Klubunun həm yerli, həm də xarici filiallarının üzvləri də iştirak edirlər. Onlardan biri də “Ankara-Zirvə” təmsilçisi Gülüm İnci Kayadır. O, yaşı 15-ə qədər olan qızların 69 kq çəki dərəcəsindəki mübarizəsinə qoşulub.
Atletimiz birdən qaldırma hərəkətində 61 kq, təkanla qaldırmada 84 kqı- ram edib. Toplam 145 kq (61+84) nəticə göstərən Gülüm İnci Kaya Avropa birinciliyində 5-ci yeri tutub.