Günel Həsənli dünya çempionatında yarışdı

Avqustun 25-də Yaponiyanın paytaxtı Tokioda start götürən cüdo üzrə dünya çempionatı davam edir. Yarışda ümumilikdə 151 ölkədən 898 idmançının – 543 kişi və 355 qadın cüdoçunun mübarizə aparır.

Azərbaycan milli komandasının üzvləri arasında “Zirvə” Beynəlxalq İdman Klublarının nümayəndəsi Günel Həsənli də var. Artıq o tatami üzərinə çıxaraq mübarizəsini başa vurub. İdmançımız 70 kq çəki dərəcəsində 1/32 final mərhələsində avstraliyalı Aoyfe Koflanla görüşdən məğlub ayrılıb.

SHARE
Şərh yaz