Gürcü atlet qələbə qazandı

Georgi Chkeidze

“Zirvə” Beynəlxalq İdman Klubunun Astarada təşkil etdiyi ağır atletika üzrə “9-cu Zirvə Kuboku”nda ikinci yarış gününə start verilib. Körpücük üzərinə yaşı 18-ə qədər oğlanlar çıxıblar.

Xala-xal prinsipi ilə keçən mübarizədən gürcüstanlı Georgi Çxeidze qalib çıxdı. “Tiflis-Zirvə” atleti toplam 365 kq (165+200) nəticə və 392.2 xalla qızıl medal qazandı. Gümüş medal “Şamaxı-Zirvə” nümayəndəsi Elşad Şərifova qismət oldu. O, ümumilikdə 299 kq (131+168) çəkinin öhdəsindən gələrək 386.2 xallıq nəticə göstərdi. Yeniyetmələr arasında Avropa və dünya çempionu İqor Obuxov isə bürünc medala sahib çıxdı. O, toplam 304 kq (134+170) nəticə 369.2 xalla fərqləndi.

Təbrik edirik!

Y Adı İl Klub Ölkə Çəkisi Birdən Təkanla Toplam Xal
1. Georgi Çxeidze 1997 Tiflis Gürcüstan 118.5 165 200 365 392.2
2. Şərifov Elşad 1997 Şamaxı Azərbaycan 73.70 131 168 299 386.2
3. İqor Obuxov 1998 Jidaçiv Ukrayna 82.35 134 170 304 369.2
4. Krihan Daniel 1998 Kişinyov Moldova 72.96 125 155 280 364.0
5. Artur Qordişinskiy 1997 Jidaçiv Ukrayna 73.80 120 157 277 359.8
6. Mehdi Kərami 1998 Ərdəbil İran 84.10 135 160 295 354.4
7. Hüseyn İsmayılov 1999 Abşeron Azərbaycan 81.25 130 155 285 348.5
8. Konstantin Taka 1998 Kişinyov Moldova 80.15 132 150 282 347.4
9. Əmir Əzizi 1998 Ərdəbil İran 74.20 122 147 269 346.1
10. Mateuş Skulimovski 1998 Terespol Polşa 85.50 135 155 290 345.6
11. Hosseyn Soltani 1999 Ərdəbil İran 61.70 105 131 236 342.5
12. Məhəmməd Məmmədli 1997 İsmayıllı Azərbaycan 62.50 116

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz