Hacıbaba Əskərovun xatirəsinə həsr olunmuş Respublika turniri keçirilib

Dekabr ayının 22-də AAAF Park Yaşayış Kompleksinin yarış zalında Azərbaycanın Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim Hacibaba Əskərovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə Respublika turniri keçirilib. Şəxsi xarakter daşıyan yarışda qadın və kişi ağır atletlər, həmçinin ustadlar iştirak edib, qaliblər Sinkleyr cədvəli əsasında müəyyən edilib. Qalib və mükafatçılara müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri təqdim olunub. Turnirin təşkilində məqsəd Hacibaba Əskərovun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, ağır atletika idman növünün inkişaf etdirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

Yarışa qadınlar start verib. Zərif cinsin nümayəndələrinin mübarizəsi maraqlı alınıb. Sumqayıt təmsilçisi Firuzə İbrahimova bütün rəqiblərini üstələyərək qızıl medala sahib çıxıb. O, toplam 153 kq (69+84) nəticə və 199.18 Sinkleyr xalı ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sonrakı yerləri müvafiq olaraq toplam 137 kq (63+74) nəticə və 197.97 xalla Lalə Rzazadə və 123 kq (55+68) nəticə və 177.28 xalla Anna Opanasyuk tutub.

NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplamSinkleyr
1.İbrahimova Firuzə1997SumqayıtZirvə63.76984153199.18
2.Rzazadə Lalə2001LənkəranZirvə54.36374137197.97
3.Opanasyuk Anna2003LənkəranZirvə54.55568123177.28
4.Hüseynova Rəhilə2004LənkəranZirvə67.06476140176.98
5.Mayılova Səma2004XırdalanZirvə60.06070130175.63
6.Hüseynzadə Fidan2001LənkəranZirvə71.06478142173.92
7.Qarayeva Selcan2005İsmayıllıZirvə46.94360103166.31
8.Muxtarlı Günel2003SumqayıtZirvə44.9445397162.34
9.Qurbanlı Leyla2006LənkəranZirvə62.25565120158.50
10.Verdiyeva Nazilə1998SumqayıtZirvə57.74860108149.68
11.Qəmbərzadə Türkanə2007LənkəranZirvə41.0313869124.96
12.Niftəliyeva Zəhra2007SumqayıtTəhsil45.228326099.86

Sonra yarışın açılış mərasimi keçirilib. Çoxsaylı qonaqların iştirak etdiyi tədbirdə söz ilk olaraq Hacıbaba Əskərovun qızı Gülarə Nərimanovaya verilib. O, hər kəsi salamlayıb və yarışın təşkilatçılığı barədə müsbət fikirlər söyləyib: “Bu gün artıq ikinci dəfədir ki, atam Hacıbaba Əskərovun xatirəsi bu cür yüksək səviyyədə qeyd olunur. Ötən il də Azərbaycan Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) birlikdə çox gözəl 100 illik yubiley tədbiri və ilk xatirə turnirini təşkil etdilər. İndi də bu yarış növbəti dəfə keçirilir. Mən, bütün ailəmiz adından buna görə təşkilatçılara, əziyyəti olan hər kəsə təşəkkür edir, dərin minnətdarlığımı bildirirəm. Atam ömrünü ağır atletika idmanına həsr edib və belə yarışın təşkili onun ruhunu şad edir. Ümid edirəm ki, iştirakçı idmançılar da belə yarışlarda təcrübə toplayaraq qarşıdakı beynəlxalq turnirlərdə qələbələr qazanacaq, ölkəmizin bayrağını yüksəklərə qaldıracaqlar. Bir daha hər kəsə təşəkkür edirəm”.

Daha sonra AAAF-ın baş katibi Rizvan Rəsulovun nitq söyləyib. O, turnirin əhəmiyyəti barədə danışıb: “Hörmətli, yarış iştirakçıları, məşqçilər, idmançılar, digər qonaqlar. Azərbaycanın Əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim Hacıbaba Əskərovun xatirəsinə həsr olunmuş turnirin təşkili münasibətilə hamımız təbrik edirəm. Artıq ikinci dəfədir bu yarış yüksək səviyyədə təşkil olunur. Hacıbaba Əskərovun həyat və fəaliyyəti, onun ağır atletikanın inkişafında rolu barədə hamımız bilirik. O, istər məşq prosesində, istərsə də işin elmi tərəfində böyük irəliləyişlərə nail olmuş, gətirdiyi yeniliklərlə hazırkı Azərbaycan ağır atletikasının uğurlarına təkan verən şəxslərdən biri olmuşdur. Bu yarış bizə həm onun xatirəsini yad etmək, belə şəxsiyyətlərin varlığı barədə yeni nəsili məlumatlandırmaq, həm də idmançılarımıza təcrübə qazandırmaq imkanı verir. Hacıbaba Əskərovun ruhunu 1 dəqiqəlik sükutla yad etməyi vacib sayıram.

2018-ci il bizim üçün uğurlu keçib. Avropa və dünya birinciliklərində, həmçinin Yeniyetmələrin Olimpiya Oyunlarında atletlərimiz 35 medal əldə etməyi bacarıblar. Onlar komanda hesabında Avropa birinci olmağı bacarıblar. Həmçinin yaxınlarda Misir və Qətərdə keçirilən lisenziya xarakterli Qran-Pri yarışlarında da uğurlara nail olmuşuq. Qarşıda da bizi həm təsnifat yarışları, həm də Tokio Olimpiya Oyunlarının özü gözləyir. 2019-cu il bu baxımdan çox yaxşı sınaq ili olacaq. Bütün idmançılarımız və məşqçilərimizə uğurlar arzulayıram. AAAF adından hər kəsi Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm”.

Açılış mərasimindən sonra yarış kişilərin mübarizəsi ilə davam edib. Bakı idmançısı Nailxan Nəbiyev gözəl çıxış nümayiş etdirərək turnirin qalibi adını qazanıb. O, toplam 318 kq (140+178) nəticə və 359.78 xalla qızıl medal əldə edib. Sonrakı pillələrdə müvafiq olaraq toplam 293 kq (128+165) nəticə və 358.66 xalla Sənan Quliyev və 235 kq (105+130) nəticə və 301.90 xalla Füqan Əliyev qərarlaşıblar.

NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplamSinkleyr
1.Nəbiyev Nailxan1994BakıSpartak94.90140178318359.78
2.Quliyev Sənan1995SamuxZirvə79.90128165293358.66
3.Əliyev Füqan2001LerikZirvə73.15105130235301.90
4.Qasımov Rüstəm2002LənkəranTəhsil67.25100120220297.25
5.Ağayev Elvin2000BakıSpartak64.3096110206286.32
6.Cavadov Ömər2002XırdalanZirvə56.7080100180273.11
7.Həsənov Ruslan2000GəncəTəhsil67.2595110205270.98
8.Bayramov Firuz1984SumqayıtZirvə91.5095125220252.69
9.Hüseynzadə Fərid1988SumqayıtZirvə87.0095120215252.51
10.Xəlilov Kənan1999NeftçalaZirvə73.60000

Sonda körpücük üzərinə ustadlar çıxıblar. Sabiq ağır atletlər arasında qalib adına 70 yaşlı Vladimir Jilyayev layiq görülüb. O, toplam 169 kq (73+96) nəticə və 375.57 xalla qızıl medala sahib çıxıb. Gümüş medalı toplam 151 kq (64+87) nəticə və 329.17 xalla Sərdar Quliyev, bürünc medalı isə 132 kq (62+70) nəticə və 309.18 xalla Akif Alıyev boynundan asıb.

NAdıİlŞəhərKlubÇəkisiBirdənTəkanlaToplamSinkleyr
1.Jilyayev Vladimir1948BakıZirvə91.37396169375.57
2.Quliyev Səddar1950SumqayıtZirvə80.06487151329.17
3.Alıyev Akif1958BakıMOİK55.06270132309.18
4.Novruzov Mübariz1976GəncəZirvə100.3115125240307.83
5.Əkbərov Emin1973SumqayıtZirvə83.2090105195279.52
6.Xıdırov Qələndər1955AğdamZirvə77.75580135265.61
7.Məmmədov İltifat1965BakıZirvə96.077105182265.03
8.Əzizov Aydın1967SumqayıtZirvə102.456788155213.86
9.Həsənov Məlik1960SumqayıtZirvə80.75070120211.76
10.Məmmədov Əlgül1968SumqayıtZirvə92.76080140198.78
11.Dadaşov Malik1967BakıXDMX93.25770127181.66
12.Cəmilov Namiq1982GəncəTəhsil87.10000
That Facebook ID is unauthorized for use, please go to Settings and add it. That Facebook ID is unauthorized for use, please go to Settings and add it. That Facebook ID is unauthorized for use, please go to Settings and add it.
SHARE
Şərh yaz