1-ci bənd
- 1.1. Güc və qüdrətin ALLAHA aid olduğunun təbliğ olunması;
- 1.2. Məşq metodikasınin təkmilləşdirilməsi;
- 1.2. İdmançıların dopinq vasitəsi ilə süni yolla güc yığmaların qarşısının alınması;
- 1.3. Siqaret cəkmək, içki içmək və narkotiklərdən istifadə kimi günah işlərin idmanda göstərilən nəticələrə etdiyi böyük təsirin araşdırılaraq təbliğ olunması;
- 1.4. İdmançıların məşqçilərinə qarşı davranışlarının xüsusi qaydada, təkmilləşdirilmiş formada proqramlaşdırılaraq təbliğ olunması;
- 1.5. Yarışlarda idmançılar arasında dini, irqi və hansı dövləti təmsil etməsinə görə heç bir fərqin qoyulmaması;
- 1.6. Müharibə və münaşiqələrin idmançıların hazırlığına vurduğu zərbələri nəzərə alaraq, dünyada sülhün bərqərar olunmasının təbliğ olunması.
2-ci Bənd
- 2. İdmanın ağırlıqqaldırma növünün inkişaf etdirilməsi;
- 2.1. rayon, kənd və şəhərlərdə Zirvə ağır atletika mərkəzlərinin yaradılması;
- 2.2. bu mərkəzlərdə hazırlıq-məşq səraitinin bərabərləşdirilməsi;
- 2.3. yaradılan mərkəzlər arasında ədalətli yarışların təşkil olunması;
- 2.4. güclü atletlərdən təşkil olunan Zirvə yığma komandasına ilboyu təlim məşq toplanışlarının təşkil olunması;
- 2.5. süni yollarla (dopinq), haqsızlıqlarla və şəraitsizliklə üzləşən güclü idmançılara köməklik göstərilməsi;
3-cü bənd
- 3.1. İnsan dua ilə ruhunun tərbiyə etdirdiyi kimi, məşqlərlədə bədənin ibadətinin vacibliyini anlaması;
- 3.2. Sağlam bədən və sağlam ruhun vəhdətinin bəhrələnmə metodikasının öyrənilməsi;
- 3.3. Bədən tərbiyəsinin bütün yaş qruplarında məşq metodikasının atletlərə təkmilləşmiş formada öyrədilməsi;
- 3.4. Məşqçi və idmançı arasında davranma qaydalarının təbliğ olunması.
Zirvə BAAM-nin himni
Tökməyin nahaq qanları,
zühur etsin ruh xanları.
Sevgi ilə o anları hamı idmanla yaşasın!
Savaşlar qoy lap tez bitsin,
səbəb əgər dinsə itsin.
Vəhdətliyə idman yetsin
hamı idmanla yaşasın!
İbadəti məşqlər ilə,
savaşısa yarış ilə,
sonu sevgi, barış ilə
hamı idmanla yaşasın!
Sevinc yaşı qoy gözlərdən
axsın himndəki sözlərdən,
bayraq seçilsin yüzlərdən
hamı idmanla yaşasın!