Rio-De-Janeyroda keçirilən 31-ci Yay Olimpiya Oyunları sona doğru yaxınlaşmaqdadır. Ancaq hələ də maraqlı mübarizə bizi gözləyir. Bu gün ağır atletika yarışlarında “Zirvə” Beynəlxalq İdman Klubunun daha bir nmayəndəsi körpücük üzərinə çıxıb. Volodimir Hoza 94 kq çəki dərəcəsinin B qrupunda qüvvəsini sınayıb.
“Jidaçiv-Zirvə” ateti birdən qaldırma hərəkətində 170 kq, təkanla qaldırmada isə 205 kq-ı başı üzərinə qaldırıb. Toplam 375 kq (170+205) nəticə göstərən Hoza, B qrupunda şəksiz liderliyə yüksəlib. Onun yekun sıralamadakı yeri A qrupunda mübarizə başa çatandan sonra müəyyən ediləcək.