Hoza təkanla qaldırmada qızıl medal qazandı!

h4Gürcüstanın paytaxtı Tiflis şəhərində ağır atletika üzrə gənclər arasında 42-ci kişilər və 22-ci qadınlar arasında dünya çempionatı keçirilir. 40 ölkədən 250 idmançının (110 qadın və 140 kişi) iştirak etdiyi bu yarışda klubumuzun üzvləri də çıxış edirlər. Artıq onların uğurlarına da sevinirik.
94 kq çəki dərəcəsində iki təmsilçimiz körpücük üzərinə çıxıb. “Tbilisi-Zirvə”dən İrakli Çxeidze birdən qaldırma hərəkətində 150, təkanla qaldırmada isə 186 kq-ı ram edə bilib. Toplamda 336 kq (150+186) nəticə ilə atletimizi dünya çempionatında 5-ci yeri tutub.
Bu çəkidəki digər təmsilçimiz isə fərqli nəticə göstərib. “Jidaçiv-Zirvə” nümayəndəsi olan Volodimir Hoza üçün yarış uğursuz başlayıb. Ukraynalı atlet birdən qaldırma hərəkətində sıfır nəticə göstərib. Ancaq ruhdan düşməyən Volodimir, təkanla qaldırma hərəkətində əla çıxış edib. Hoza 204 kq-lıq ştanqı başı üzərinə qaldıraraq bu hərəkətdə dünya çempionu adını qazanıb!
Təbrik edirik!

h1h2h3

SHARE
Şərh yaz