Hüseynzadə Fidan Novı Tomıslda yarışdı

fidanSentyabrın 9-17-də Polşanın Novı Tomısl şəhərində yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlanlar arasında ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək. Yarışda Azərbaycan yığma komandasının, həmçinin “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də iştirak edirlər. Onlardan biri Hüseynzadə Fidandır. “Lənkəran-Zirvə” atleti yaşı 15-ə qədər olan qızların 63 kq çəki dərəcəsində mübarizəsinə qoşulub.

Fidan birdən qaldırma hərəkətində 63 kq-ı başı üzərinə qaldıra bilib.

Gənc atlet təkanla qaldırmada hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirərək sonda 80 kq-ı ram edib.

Hüseynzadə toplam 143 kq (63+80) nəticə ilə Avropa birinciliyində 6-cı yeri tutub.

SHARE
Şərh yaz