6-8 may 2022-ci il tarixlərində Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində 92 klub, cəmiyyət və idman təşkilatından 576 (117 qız, 459 oğlan) cüdoçunun qatıldığı Azərbaycan birinciliyi keçirilib.
İştirakçılar arasında “Zirvə” cüdoçuları da olub. Elməddin Əhmədovun tələbəsi Hüsnə Səmədli 36 kq çəki dərəcəsində çıxış edib. “Abşeron-Zirvə” təmsilçisi bürünc medal qazanaraq fəxri kürsüyə çıxmağa nail olub.
Təbrik edirik!