Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş I “ZİRVƏ” OYUNLARI” başlayır!

heyder eliyev 90 illik

5-12 may tarixləri arasında “AAAF PARK” yaşayış kompleksində yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “I “ZİRVƏ” OYUNLARI” keçiriləcək. “Zirvə” İdman Klubunun nəzdində müxtəlif idman növləriylə məşğul olan idmançılarımızın qatılacağı bu yarış ilkin xarakter daşıyır. Bundan sonra mütəmadi keçirilməsi nəzərdə tutulan Oyunlar, klubumuzun gələcəyində böyük əhəmiyyət daşıyacaq.

İlk Oyunlarımızda 4 idman növü üzrə yarışlar keçiriləcək. Bunlar cüdo, gimnastika, futbol və ağır atletika növləridir.

Yarışların keçirilmə tarixi aşağıdakı kimidir:

5 may – Cüdo

8-9 may – Futbol

10 may – Ağır atletika

12 may – Gimnastika

SHARE
Şərh yaz