I “ZİRVƏ OYUNLARI”nda bədii gimnastika yarışları keçirildi

DSC_0501

“AAAF PARK” yaşayış kompleksində yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “I “ZİRVƏ” OYUNLARI”nda bədii gimnastika üzrə yarışlar keçirildi. Yüksək səviyyəli təşkilatçılığın olduğu turnirdə 25 qızımız döşəmə üzərinə çıxaraq, məharətlərini göstərdilər.

Ən kiçiyinin yaşı 6 olan balaca gimnastlarımız, 5 ayrı qrupda (2007-ci illər, 2006-cı illər, 2005-ci illər, 2004-cü illər, 2002-03-cü illər) və fərdi qaydada həm mübarizə apardılar, həm də tribunaya toplaşmış tamaşaçılar gözəl anlar yaşatdılar.

“Zirvə” Gimnastika Klubunun baş məşqçisi Əhmədova Rəna xanımın rəhbərliyi altında hazırlaşan qızlarımız, istər alətsiz, istərsə də top və lentlə proqramlar nümayiş etdirdilər. Yarışın bütün iştirakçılarına diplom və qiymətli hədiyyələr verildi. Qruplarına qalib və medalçıları isə əlavə olaraq Kubok və medallarla təltif olundular.

Klubumuzun mərkəzi bazası sayılan AAAF Park Yaşayış Kompleksinin gimnastika zalında baş tutan yarışda xüsusi qonaqlar da vardı. Bunlardan Respublika Kompleks İdman Məktəbinin (RKİM) baş məşqçisi, Azərbaycanın əməkdar məşqçisi Ukleina Valentina İvanovna və onun köməkçisi, RKİM Xoreoqrafı Mehmanova Viktoriya Yusifovnanı qeyd etmək olar. Yarışı izləyən bütün qonaqlar təşkilatçılıqdan razılığını dilə gətirdilər. RKİM-in baş məşqçisi xanım Ukleina “Yüksək səviyyəli təşkilatçılığa görə “Zirvə” İdman Klubunun rəhbərliyinə təşəkkür edirəm. Valideynlər uşaqlarını bu cür şəraitdə yetişdirə bildiklərinə görə özlərini xoşbəxt saymalıdılar. Burada uşaqların gimnastika ilə məşğul olması üçün hər cür imkan var” deyərək, görülən işlərə öz yüksək qiymətini verdi.

Yarışlardan ŞƏKİLLƏR-ə baxmaq üçün buraya tıklayın.

Nəticələr isə bunlardır:

1-ci qrup

1. Süleymanlı Səriyyə – 25,3 bal (2007-ci il)
2. Kərimova Zərifə – 22,6 bal (2006-cı il)
3. Rəcəbli Mədinə – 22,6 bal (2007-ci il)

2-ci qrup

1. Əlizadə Aişə – 29,9 bal (2006-cı il)
2. Əliyeva Gülnarə – 27,9 bal (2006-cı il)
3. Qasımova Aydan – 17,3 bal (2006-ci il)
3. Səmədli Fatimə – 25,7 bal (2006-ci il)

3-cü qrup

1. Həsənzadə Cəmalə – 31,4 bal (2005-ci il)
2. Ayvazlı Dəniz – 29,4 bal (2005-ci il)
3. Məmmədzadə Lalə – 23,3 bal (2005-ci il)

4-cü qrup

1. Süleymanova Aytac – 25,8 bal (2004-cü il)
2. Rzazade Fatimə – 21,3 bal (2004-cü il)
3. Əhmədova Aytən – 16,0 bal (2004-cü il)

5-ci qrup

1. Məlikzadə Arzu (iplə) – 30,9 bal (2002-ci il)
2. Heydərli Nurcan (alətsiz) – 28,6 bal (2003-cü il)
3. Heydərli Ceyran (iplə) – 23,7 bal (2002-ci il)

SHARE
Şərh yaz