I “ZİRVƏ OYUNLARI”nda ağır atletika və futbol yarışları keçirildi

DO4P5183

“AAAF PARK” yaşayış kompleksində yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “I “ZİRVƏ” OYUNLARI” davam edir. “Zirvə” İdman Klubunun cüdoçularından sonra ağır atletlər və futbolçularımız da qüvvələrini sınayıblar.

Gənc məşqçimiz Fuad Cəfərovun rəhbərlik etdiyi futbol yarışlarında 4 komanda iştirak edib. Qalib adını “Abşeron-Zirvə” qazanıb (ŞƏKİLLƏR-i bura tıklayıb izləyə bilərsiniz).

Klubumuzun mərkəzi bazası sayılan AAAF Park Yaşayış Kompleksinin əsas zalında ağır atletika yarışları da keçirildi. Yeniyetmə qızlar və 2001-2004-cü illər doğumlu oölanlar arasında turnir maraqlı mübarizə şəraitində keçdi. Yüksək səviyyəli təşkilatçılıq, əla avadanlıqlarla təchiz olunmuş zal idmançıları medallar uğrunda sona qədər çalışmağa sövq edirdi.

Ölkənin tanınmış telekanallarının diqqət mərkəzində olan yarışlarımızı klubumuzun prezidenti Tofiq Heydərov böyük maraqla izlədi. Gənc atletlərin hər çıxışını alqışla qarşılayan prezidentimiz, onlara uğurlar dilədi. Onunla yanaşı bir sıra fəxri qonaqlar da ağır atletika yarışlarına maraqla şahidlik etdilər.

Təcrübəli məşqçilərimizin tələbələrini I “ZİRVƏ OYUNLARI”na ciddi hazırladığı hiss olunurdu. Güclü texnikaya malik, istedadlı gənclər böyük perspektiv vəd etdiklərini bir daha sübut etdilər. Bu oyunlar onların bir qədər də təcrübə qazanması üçün yaxşı imkan oldu.

Ümid edirik ki, bu uğurların davamı beynəlxalq arenalarda gələcək.

Əlavə edək ki, mayın 12-də həmin zalda gənc bədii gimnastlarımızın yarışı keçiriləcək. Hamını izləməyə dəvət edirik!

Yarışların şəkilləri üçün buraya tıklayın: ŞƏKİLLƏR

Ağır atletika üzrə yarışlarımızın nəticələri ilə aşağıda tanış ola bilərsiniz:

 

I “ZİRVƏ OYUNLARI”.  AĞIR ATLETİKA. 10 MAY. NƏTİCƏLƏR

Qızlar

N Adı Doğulduğu il Doğulduğu yer Çəkisi Birdən Təkanla Toplam Sinkleyr Tutduğu yer Məşqçisi
1. Fərəcova Şəfa 2001 Lənkəran 27,8 17 22 39 114,90 3 Məmmədov M.
2. Əzimova Səbinə 2000 Lənkəran 35,8 25 33 58 127,17 2 Hüseynov T.
3. Nəzərli Gülbəniz 2001 Lənkəran 26,7 12 18 30 87,38 Məmmədov M.
4. Nəzərli Aybəniz 2001 Lənkəran 27,1 14 16 30 88,38 Hüseynov T.
5. Mirzəyevə Zülfiyə 2001 Lerik 34,9 26 35 61 137,60 1 Rufullayev N.
6. Nəsrullayev Günay 2002 Lənkəran 26,2 9 13 22 64,81 Qasımov A.
7. Hüseynzadə Fidan 2001 Lənkəran 38,0 21 24 45 92,49 Əliquluyev T.
8. Nəsrullazadə Təyyubə 2002 Lənkəran 47,0 13 19 32 53,44 Qasımov A.

 

Oğlanlar

2004-cü illər

N Adı Doğulduğu il Doğulduğu yer Çəkisi Birdən Təkanla Toplam Sinkleyr Tutduğu yer Məşqçisi
1. Rəhimov Kənan 2004 İsmayıllı 23,9 23 31 54 183,44 2 Ağayev V.
2. Məmmədli Ədalət 2004 İsmayıllı 26,9 24 32 56 179,56 3 Ağayev V.
3. Quliyev Namiq 2004 Neftçala 21,9 20 28 48 163,06 Zeynalov İ.
4. Yusifov Heydər 2004 Goranboy 23,3 23 28 51 173,25 Kazımov S.
5. Abbasov Elvin 2004 Goranboy 26,6 31 38 69 223,33 1 Kərimli K.
6. İsmayılov Çingiz 2004 Goranboy 32,2 27 35 62 165,94 Kərimli K.
7. Məmmədov Elşən 2004 Lənkəran 24,9 18 26 44 149,47 Qasımov A.

 

2003-cü illər

N Adı Doğulduğu il Doğulduğu yer Çəkisi Birdən Təkanla Toplam Sinkleyr Tutduğu yer Məşqçisi
1. Səlimov Elnur 2003 Neftçala 29,7 Ağayev A.
2. Qədimov Ağatahir 2003 Abşeron 29,9 30 38 68 197,59 3 Bayramov A.
3. Əliyev Murad 2003 Sumqayıt 31,7 37 46 83 226,22 1 Muxtarov A.
4. Mamayev Yaşar 2003 Neftçala 32,9 32 40 72 187,97 Səmədov Ç
5. Həsənli Nihad 2003 Lənkəran 27,4 23 30 53 167,29 Tahirov İ.
6. Kərimov Sərdar 2003 Goranboy 32,3 30 38 68 181,35 Kazımov S.
7. Həsənov Fuad 2003 Lənkəran 25,7 24 28 52 172,99 Qasımov A,
8. Şükürzadə Elvin 2003 Lənkəran 27,1 26 34 60 191,19 Əliquliyev T.
9. Məmmədzadə Ruzi 2003 Qazax 38,1 33 45 78 173,28 Abdalov R.
10. Hacalıyev Məhəmməd 2003 Qazax 30,7 34 41 75 211,92 2 Abdalov R.

 

2002-ci illər

N Adı Doğulduğu il Doğulduğu yer Çəkisi Birdən Təkanla Toplam Sinkleyr Tutduğu yer Məşqçisi
1. İbrahimov Sadiq 2002 Neftçala 29,3 37 43 80 237,27 2 Ağayev A.
2. Mahmudov Xəyal 2002 Neftçala 33,5 37 48 85 217,37 Ağayev A.
3. Hüseynov Mürsəl 2002 Neftçala 34,6 37 51 88 216,99 Ağayev A.
4. Muxtarlı Novruz 2002 Sumqayıt 34,9 40 50 90 219,80 Muxtarov A.
5. Heydərov Cavid 2002 Neftçala 29,5 39 46 85 250,40 1 Zeynalov İ.
6. Həsənli İsa 2002 Lənkəran 29,7 33 0 Əliquliyev T.
7. Əsgərli Vüsal 2002 Neftçala 31,2 35 45 80 222,03 3 Zeynalov İ.
8. Hüseynov Əli 2002 Goranboy 36,5 40 48 88 204,62 Kərimli K.

 

2001-ci illər

N Adı Doğulduğu il Doğulduğu yer Çəkisi Birdən Təkanla Toplam Sinkleyr Tutduğu yer Məşqçisi
1. Alxasov Saleh 2001 Lerik 27,6 34 38 72 225,82 Rufullayev N.
2. Əliyev Fuqan 2001 Lerik 32,7 40 50 90 236,62 2 Rufullayev N.
3. Alxasov Əlimərdan 2001 Lerik 45,9 57 65 122 225,59 Rufullayev N.
4. Talıbov Cahangir 2001 Abşeron 36,1 42 58 100 235,32 3 Bayramov R.
5. Hüseynov Elməddin 2001 Şamaxı 30,4 40 53 93 265,57 1 Şahbazov R.
6. Səmədov Murad 2001 Neftçala 34,8 38 45 83 203,35 Səmədov Cəm.
7. Xamatov Yusif 2001 Şamaxı 31,3 35 46 81 224,00 Tarıverdiyev H.
8. Usubov Kamran 2001 Neftçala 34,3 41 0 Zeynalov İ.
9. Heydərov Seymur 2001 Neftçala 31,5 35 0 Zeynalov İ.
10. Quliyev Seymur 2001 Neftçala 27,7 30 36 66 206,34 Səmədov Çin.
SHARE
Şərh yaz