İbrahimli Avropa çempionatında bürünc medal qazandı!

ibrahimli

Kiprin Limassol şəhərində ağır atletika üzrə gənclər arasında 17-ci qadın və 40-cı kişilər, həmçinin yaşı 23-ə qədər olan idmançıların 6-cı Avropa çempionatı davam edir. Bu gün Azərbaycan yığmasının bir üzvü Anastasiya İbrahimli körpücük üzərinə çıxıb. O, yaş.ı 23-ə qədər olan idmançılar arasında 69 kq çəki dərəcəsində mübarizə aparıb.

“Masazır-Zirvə” İdman Klubunun üzvü olan Anastasiya birdən qaldırma hərəkətinə 92 kq-ı ram etməklə başlayıb. Ancaq sonrakı iki yanaşmada 95 kq-ın öhdəsindən gələ bilməyib. Buna baxmayaraq, İbrahimli bu hərəkətdə 4-cü yeri tutub.
Təkanla qaldırma hərəkətinə 115 kq-ı başı üzərinə qaldırmaqla başlayan atletimiz, növbəti iki yanaşmada 119 kq-a güc gələ bilməyib. Buna baxmayaraq, İbrahimli bu hərəkətdə Avropa çempionatının bürünc medalına sahib çıxıb.
Toplamda 207 kq (92+115) nəticə göstərən ağır atlet Avropa çempionatında 3-cü yeri tutub. Bu, klubumuzun uğurudur.
Bu nailiyyətdə əməyi keçən hər kəsə təşəkkür edir, Anastasiyaya qarşıdakı yarışlarda da fəxr kürsüyə qalxmağı, onun ən yüksək pilləsində olmasını arzulayırıq!

anastasiya ibrahimli netice

SHARE
Şərh yaz