Dünən axşam saatlarında ağır atletika üzrə milli komandamız vətənə döndü. Avropa çempionatında böyük uğur qazanaraq bayrağımızı zirvələrə yüksəldən idmançılar böyük təmtəraqla qarşılandı. Heydər Əliyev adına Beynəlxalq Hava Limanına təşrif buyuran onlarla idmansevər atletlərimizi alqışlayaraq, bağrına basdılar. Əllərində Azərbaycan bayraqları olan azarkeşlərlə yanaşı, ölkənin bütün televiziya kanalları və başqa KİV orqanlarının nümayəndələri də bu mərasimə qatılaraq onu işıqlandırdı. Hər bir idmançımıza böyük diqqət göstərildi, Azərbaycan havaları çalındı, oraya toplanalar rəqs edib bu bayramı lazımınca qeyd etdilər.
Qarşılama mərasimində iştirak edən hər kəsə təşəkkür edir, verdikləri dəstəklərə görə çox sağ ol deyirik.
[nggallery id=36]