İdmançımız Dünya Kubokunda bürünc medal qazandı

settar 1 z

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş ağır atletika üzrə Veteranlar arasında Dünya Kuboku başlayıb. İlham Əliyev adına Naxçıvan Olimpiya Kompleksində 05-08 iyul tarixləri arasında keçiriləcən yarışda 23 ölkədən 170-dən çox usta ağırlıqqaldıran güclərini sınayır. Onlardan 30 nəfəri (27 kişi və 3 qadın) Azərbaycanı təmsil edirlər.

Sevindiricidir ki, idmançılar arasında “Zirvə” İdman Klubunun da nümayəndələri var. Onlardan biri artıq uğur qazanıb. SSRİ İdman Ustası, Azərbaycan çempionu Səttar Quliyev karyerasında ilk dəfə veteranlar arasında Dünya Kubokunda bürünc medala yiyələnib. O, M60 yaş qrupunda 85 kq çəki dərəcəsində mübarizə aparıb. Quliyev toplamda 137 kq (60+77) nəticə göstərərək üçüncü yeri tutub.

Təbrik edirik!

SHARE
Şərh yaz