9-11 may tarixləri arasında “AAAF PARK” Yaşayış Kompleksində yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş “II ZİRVƏ OYUNLARI” keçiriləcək. “Zirvə” İdman Klubunun nəzdində müxtəlif idman növləriylə məşğul olan idmançılarımızın qatılacağı bu yarış artıq ənənə halını almaqdadır.
Oyunlarda 4 idman növü üzrə yarışlar keçiriləcək. Bunlar cüdo, gimnastika, futbol və ağır atletika növləridir.
Yarışların keçirilmə tarixi aşağıdakı kimidir:
- 9 may – Bədii gimnastika
- 10 may – Ağır atletika və futbol
- 11 may – Cüdo
Cüdo yarışları 2002-ci illər və daha aşağı yaşlı idmançılar arasında 11 çəki dərəcəsində keçiriləcək. Həmin çəki dərəcələri bunlardır: 21 kq, 24, 27, 30, 34, 38, 42, 46, 50, 55 və +55 kq.
Futbol yarışlarımızda 4 komanda, dövrəli sistemlə yarışacaqlar.
Bədii gimnastikada ötən il olduğu kimi, 5 ayrı qrupda, alətli və alətsiz, fərdi və qrup şəklində mübarizə aparacaqlar.
Şahmat yarışları məkətəbəqədər yaşlı uşaqlar arasında keçiriləcək.
Ağır atleika yarışlarımızda 5 yaş qrupu olacaq. Bunlar, 2000-03-cü illər qızlar, 2002, 2003, 2004 və 2005-ci illər və daha aşağı yaşlı atletlərdir. Yarışın vaxt cədvəlini sizə təqdim edirik:
Ağır atletika üzrə “Zirvə Oyunları”nın VAXT CƏDVƏLİ
10 may 2014-cü il
Çəkilmə | Yarış |
Qızlar (2000-2003-cü illər) | |
09.30-10.30 | 11.00 |
Oğlanlar (2005-ci illər və daha az) | |
10.30-11.30 | 12.30 |
Oğlanlar (2004-cü illər) | |
12.00-13.00 | 14.00 |
Oğlanlar (2003-cü illər) | |
13.30-14.30 | 15.30 |
Oğlanlar (2002-ci illər) | |
15.00-16.00 | 17.00 |