“II ZİRVƏ OYUNLARI” cüdo yarışları ilə başa çatdı

DSC_2461

9-11 may tarixləri arasında “AAAF PARK” Yaşayış Kompleksində yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş “II ZİRVƏ OYUNLARI” başa çatdı. Son olaraq mübarizəyə gənc cüdoçular qoşuldular.

“Zirvə” İdman Klubunun üzvlərindən olan 150-ə yaxın cüdoçu AAAF PARK Yaşayış Kompleksinin cüdo zalında turnirdə iştirak etdilər. Baş məşqçimiz Hətəm Əhmədovun rəhbərliyi ilə keçirilən yarışda Lənkəran, Sumqayıt, Masazır, XXırdalan və Bakıdan olan idmançılarımız çıxış etdilər.

Yarışlarda 2002-ci illər və daha aşağı yaşlı idmançılar arasında 10 çəki dərəcəsində – 21 kq, 24, 27, 30, 34, 38, 42, 46, 50 və 55 kq-da güclərini sınadılar. Çoxsaylı qonaqların da izlədiyi yarışma maraqlı mübarizə şəraitində keçdi.

Oyunların mükafatçılarına medallar, kubok və fəxri diplomlar təqdim olundu, xatirə şəkilləri çəkildi.

Nəticələri sizə təqdim edirik:
[tabs]

[tab title=”21 kq”]

  1. Vəlizadə Turac
  2. Zeynalov Müşfiq
  3. Məmmədzadə Cəfər
  4. Niftəliyev M.

[/tab]
[tab title=”24 kq”]

  1. Balacayev Murad
  2. Budaqov Məhəmməd
  3. Qafarov Mirəli
  4. Məmmədov Rəvan

[/tab]

[tab title=”27 kq”]

  1. Həsənli İlkin
  2. Əliyev Murad
  3. Həsənli Elgün
  4. Hacıyev Oruc

[/tab]
[tab title=”30 kq”]

  1. Abbasov Xəzər
  2. Mirzəyev İldat
  3. Salayev Cavanşir
  4. Məmmədli Alpər

[/tab]
[tab title=”34 kq”]

  1. Əlizadə Hidayət
  2. Həsənli Sadiq
  3. Ramazanov Məhəmməd
  4. Abbaslı Ayxan

[/tab]
[tab title=”38 kq”]

  1. Yaqublu Araz
  2. Əsədov Elşən
  3. Dövlətabi Kamal
  4. Bəhrəmov Səbuhi

[/tab]
[tab title=”42 kq”]

  1. Əliyev Kamran
  2. Məmmədov Sərxan
  3. Əliyev Elmin
  4. Nəcəfov İsmayıl

[/tab]
[tab title=”46 kq”]

  1. Mamıyev Şəhriyar
  2. Verdiyev Kənan
  3. Bayramov Adəm

[/tab]
[tab title=”50 kq”]

  1. Əsədli Asəf
  2. Əliyev Rafail
  3. Əlizadə Musa

[/tab]
[tab title=”55 kq”]

  1. Əliyev Nihat
  2. Sadıqov Elsevər

[/tab]
[/tabs]
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions

SHARE
Şərh yaz