“II ZİRVƏ OYUNLARI” Gimnastika yarışları ilə başladı

DSC_1444

Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 91 illik yubileyinə həsr olunmuş Yeniyetmələrin “II ZİRVƏ OYUNLARI” start götürüb. İlk olaraq yarışları gimnastlarımız qoşulublar. “AAAF PARK” Yaşayış Kompleksinin Gimnastika Zalında açıq turnir keçirilib.

Gimnastika üzrə yarışlarımıza “Zirvə” İdman Klubunun direktoru Azad Mustafayev giriş sözü ilə başlayıb. O, “Zirvə Oyunları”nın artıq ikinci dəfə keçirildiyini və ənəvəi hal aldığını söyləyərək, bundan məmnunluğunu dilə gətirdi. Klubuzumun prezidenti Tofiq Heydərovun təbriklərinə çatdıran Mustafayev, yarışçılara uğurlar arzuladı.

Klubumuzun vitse-prezidenti və baş məşqçisi olan Hafiz Süleymanov bütün iştirakçıları salamlayaraq onların hər birinə müvəffəqiyyətlər dilədi. İdmançılarımızın səsinin Avropa və dünya çempionatlarından gəlməsini istəyən məşqçimiz, yarışların açıq élan etdi.

Yarışlarda qonaq qismində “Baku Fleyms” İdman Klubundan Mantova Aliyə və Xalıqverdiyeva Sevinc, Respublika Kompleks İdman Məktəbindən Cəlilova Səbinə, həmçinin Əbdürrəhmanova İrina iştirak edirdilər.

Əvvəlcə, “Zirvə” Uşaq Bağçasının üzvləri nümunəvi çıxışlar etdilər. Sonra yarışlara keçildi. 50-dən çox idmançının qatıldığı “II Zirvə Oyunları” tribunalara toplaşan valideyn və qonaqları çox sevindirdi. Qızlarımız alətsiz və bir sıra alətlərlə gözəl hərəkətlər, müxtəlif musiqi nömrələri, rəqslər, çıxışlar edərək alqışlara səbəb oldular.

Gimnastika üzrə “Zirvə” komandasının baş məşqçisi Nigar Mirzəyevanın rəhbərlik etdiyi Oyunlarda gimnastlar 6 yaş qrupu üzrə çıxış etdilər. Bəzi qruplarda mübarizə o qədər gərgin və maraqlı alındı ki, bir yox, iki qızıl, gümüş və ya bürünc medal təqdim edilməli oldu.

Hər yaş qrupunda qaliblər müəyyən ediləndən sonra hər birinə qiymətli hədiyyələr, gül, medal, kubok və fəxri diplomlar təqdim edildi. Yer tutmayan uşaqlar da diqqətdən kənarda qalmadılar. “Zirvə” İdman Klubu rəhbərliyi tərəfindən yarışda iştirak etmiş hər bir uşağa qiymətli hədiyyələr verildi.

Yaşanan bütün gözəl anlardan sonra hamı bir yerdə xatirə şəkli çəkildi.

Qalib və mükafatçıların siyahısını sizə təqdim edirik:

2008-ci illər

  • 1. Teymurlu Rahilə
  • 2. Rəcəbli Aişə
  • 3. Rəcəbli Səbinə

2007-ci illər

  • 1. Bağırova Xədicə
  • 2. Süleymanlı Səriyyə
  • 2. Abdulova Mehriban
  • 3. Əliyeva Nəzrin

2006-cı illər

  • 1. Əmiraslanova Siyasət
  • 2. Bayramlı Cənnət
  • 3. Yusubova Kamilə

2005-ci illər

  • 1. Musayvea Xədicə
  • 2. Əlizadə Səidə
  • 3. Salmanzadə Səltənət

2004-2003-cü illər

  • 1. Mahmudoav Emilya
  • 1. Cəlilova Məryəm
  • 2. Əliyeva Leyla
  • 2. Nəbiyeva Aydan
  • 3. Süleymanlı Aytac
  • 3. Bakıxanova Zəhra

1999-2002-ci illər

  • 1. Babayeva Fatimə
  • 2. Qocayeva Leyla
  • 3. Kərimova Mələk
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz