III Zirvə Oyunları ağır atletika yarışları ilə start götürdü!

????????????????????????????????????

9-17 may tarixləri arasında AAAF Park Yaşayış Kompleksində Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının ildönümünün təntənəli qeyd edilməsi məqsədilə yeniyetmələr arasında 3-cü “Zirvə Oyunları” keçiriləcəkdir. “Zirvə” Beynəlxalq İdman Klubunun nəzdində müxtəlif idman növləriylə məşğul olan idmançılarımızın qatılacağı bu yarış ənənəvi xarakter daşıyır. Bir neçə ildir mütəmadi keçirilən Oyunlr həmçinin Azərbaycan birinciliklərində cıxış etmək ücün heyətlərin komplektləşdırılməsı, bu idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlagələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, təkmilləşdirilməsi və yarış vərdişlərinin mükəmməlləşdirilməsi məqsədi güdür.
Yarışlar həmişə olduğu kimi dörd idman növü üzrə ağır atletika, bədii gimnastika, cüdo və futbol – keciriləçəkdir. Artıq ağır atletika üzrə turnir başa çatıb. 2003, 2004, 2005 və 2006-cı il təvəllüdlü oğlanlar və 2001-2005 təvəllüdlü qızlar arasında hər yaş qrupu üzrə Sinkleyr cədvəli əsasında qaliblər müəyyənləşib.
Hər yaş qrupunda I-II-III yerləri tutan idmançılar “Zirvə İnternational Sport Clubs” MMC-nin medal və diplomları ilə mükafatlandırılıblar.
Mükafatçılar bunlardır:

2003-cü illər
1. Həsənov Fuad – 92 kq (42+50) – 255.55 xal
2. Hacalıyev Məhəmməd – 110 kq (61+49) – 227.23 xal
3. Əliyev Murad – 107 kq (48+59) – 225.05

2004-cü illər
1. Heydərzadə Elvin – 87 kq (37+50) – 256.45 xal
2. Rəhimov Kənan – 85 kq (36+49) – 247.47 xal
3. Quliyev Namiq – 78 kq (35+43) 236.74 xal

2005-ci illər
1. İsmayılov Qasım – 72 kq (32+40) – 232.18 xal
2. Əkbərov Emin – 76 kq (33+43) – 229.71 xal
3. Məmmədov Firat – 60 kq (27+33) – 202.65 xal

2006-2007-ci illər
1. Xansuvarlı İsmayıl – 65 kq (29+36) – 209.93 xal
2. Allahverdiyev Xəyyam – 42 kq (19+23) – 205.63 xal
3. Kazımov Ramiz – 43 kq (18+25) – 197.62 xal

Qızlar (2001-06-cı illər)
1. Qarayeva Selcan – 53 kq (22+31) – 175.91 xal
2. Məhərrəmova Sevər – 112 kq (52+60) – 175.76 xal
3. Hüseynzadə Fidan – 123 kq (53+70) – 172.09 xal

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz